Logo

LDU-da ekoloji mövzuda maarifləndirici seminar keçirilib

18.11.2021 10:41 1278 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar  Lənkəran Dövlət Universitetində maarifləndirici seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, Təbiyyat fakültəsi tələbələrin qatıldığı seminar  COVİD-19 pandemiyası şərtlərinə uyğun  təşkil edilib.

Seminarda  LDU-nun  “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Qalib Əmənov “Azərbaycan Respublikasında şirin su ehtiyatları, oların qorunması və səmərəli istifadə olunması yolları haqqında” geniş məruzə  edib.

Məruzə ətrafında genişlənən diskussiyada tələbələri maraqlandıran suallar  cavablandırılıb, onların mövzu ilə bağlı fikir və mülahizələri dinlənilib.

Tədbirdə LDU TEC-nin üzvü olan tələbələrin çıxışları maraqla qarşılanıb.

Xəbər lenti